Vaşinqton və Kiyev may ayında Ukraynada ümumi seçkilərin keçirilməsi imkanlarını, eləcə də potensial münaqişələrin həlli sazişləri üzrə referendumun keçirilməsini müzakirə edirlər.
APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
ABŞ və Ukrayna tərəfindən müzakirə edilən plana əsasən, istənilən razılaşma sazişinin referenduma çıxarılacağı bildirilir.
Ukraynada ümumi seçkilərin eyni vaxtda keçirilməsi gözlənilir.