AZ

ABŞ Ukraynaya 185 milyon dollarlıq hərbi ehtiyat hissələrinin satışına razılıq verdi

BAKI, 7 fevral. TELEQRAF

ABŞ Dövlət Departamenti Ukraynaya təxminən 185 milyon dollar dəyərində hərbi texnika üçün ehtiyat hissələri və avadanlığın satışına razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, IX sinif ehtiyat hissələri və onlarla bağlı avadanlıqların Ukrayna hökumətinə mümkün satışı Dövlət Departamenti tərəfindən təsdiqlənib.

Vurğulanıb ki, layihə Kiyevin rəsmi müraciəti əsasında hazırlanıb və ABŞ istehsalı olan nəqliyyat vasitələri və silah sistemlərinin texniki xidmətinə yönəlib.

ABŞ tərəfinin açıqlamasına görə, bu ehtiyat hissələri döyüş əməliyyatlarının effektivliyinə müsbət təsir göstərəcək, ümumi fəaliyyət qabiliyyətini artıracaq, logistikanı yaxşılaşdıracaq və maliyyə yükünü azaldacaq. Eyni zamanda bildirilib ki, nəzərdə tutulan satış regiondakı hərbi balansı dəyişməyəcək.

Seçilən
31
teleqraf.com

1Mənbələr