AZ

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

Bakı, 7 fevral, AZƏRTAC

2026-cı ildə dünyada satılacaq yarımkeçiricilərin həcmi 1 milyard dollara çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Yarımkeçiricilər Sənayesi Assosiasiyası məlumat yayıb.

Təşkilat bildirib ki, 2025-ci ildə dünyada yarımkeçiricilər bazarının həcmi 792 milyard olub ki, bu da illik əsasda 25 faiz artım deməkdir. Bu il isə artımın davam edərək 1 milyard dollara çatması şübhə doğurmur. Süni intellektin inkişafı yarımkeçiricilərə tələbatı artırır.

Seçilən
19
1
azertag.az

2Mənbələr