AZ

"Reuters": ABŞ və Kiyev Ukraynada seçkilər və referendum keçirilməsini müzakirə edirlər

Vaşinqton və Kiyev may ayında Ukraynada ümumi seçkilərin keçirilməsi, eləcə də münaqişənin həlli üçün potensial razılaşmalar üzrə referendum imkanlarını müzakirə edirlər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Nəşrdə qeyd edildiyi kimi, rəsmilər tərəfindən müzakirə edilən plana əsasən, istənilən razılaşma referenduma çıxarılacaq. Eyni zamanda Ukraynada ümumi seçkilərin keçirilməsi gözlənilir.

Agentliyin məlumatına görə, Əbu-Dabidə danışıqlar zamanı ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna tərəfinə bildiriblər ki, "ən yaxşısı seçkilərin tezliklə keçirilməsidir".

Seçilən
14
1
far.az

2Mənbələr