AZ

Yuxu artıq təsadüf deyil: alimlər beyni gecə “idarə etməyi” bacardı

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ alimlərinin apardığı yeni elmi araşdırma insan şüurunun yuxu zamanı da istiqamətləndirilə biləcəyini ortaya qoyub. Tədqiqat yuxuların təsadüfi proses olmadığını, əksinə düzgün yanaşma ilə onların məqsədli şəkildə formalaşdırıla biləcəyini göstərib.

Musavat.com xəbər verir ki, eksperimentdə şüurlu yuxu görməyə meyilli olan 20 könüllü iştirak edib.

Onlar laboratoriya şəraitində sürətli yuxu (REM) fazasında olarkən, gündəlik həyatda həll edə bilmədikləri tapmacalara aid səsli ipuclarını eşidiblər.

Səhər saatlarında iştirakçıların verdiyi məlumatlar göstərib ki, könüllülərin əksəriyyəti yuxularında həmin tapmacalarla bağlı süjetlər görüb. Daha sonra isə həmin problemlərin düzgün həllinə daha asan gəliblər. Nəticədə tapmacaların həll olunma faizi iki dəfə artaraq 20 faizdən 40 faizə yüksəlib.

Alimlər bildirir ki, bu nəticə gələcəkdə insan beyninin yuxu zamanı öyrənmə, yaradıcılıq və problem həlli üçün istifadə olunması imkanlarını genişləndirə bilər. Tədqiqatçılara görə, “istənilən mövzuda yönləndirilmiş yuxular” ideyası artıq elmi fantaziya yox, real perspektiv kimi dəyərləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr