AZ

ABŞ nin zərbə qrupu Ərəbistan dənizində Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” daşıyıcı zərbə qrupunun Ərəbistan dənizindəki fəaliyyətinə dair görüntülər yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, “USS Abraham Lincoln” daşıyıcı zərbə qrupu iki hərbi təchizat gəmisi və iki ABŞ Sahil Mühafizəsi gəmisinin müşayiəti ilə Ərəbistan dənizində üzmə əməliyyatı həyata keçirib.

ABŞ rəsmiləri Omanın paytaxtı Məsqətdə keçirilən dolayı ABŞ-İran danışıqları ilə bağlı hələlik rəsmi açıqlama verməsə də, CENTCOM “USS Abraham Lincoln”un Oman körfəzindəki fəaliyyətlərinə dair fotoları ictimaiyyətlə paylaşıb.

Qeyd olunub ki, daşıyıcı zərbə qrupu Oman körfəzində üzərkən 9-cu Daşıyıcı Hava Qanadına məxsus təyyarələr də qrup üzərində uçuşlar həyata keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr