AZ

“Qəbələ”nin müdafiəçisi Braziliya mətbuatına iddia etdi ki...

“Qəbələ”nin müdafiəçisi Eduardo Kunde komandasının qış fasiləsindən sonra Misli Premyer Liqasında keçirdiyi ilk iki oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında “Şamaxı”nı 4:0 və “İmişli”ni 3:2 hesabı ilə məğlub etmələrinin vacibliyini vurğulayıb.

28 yaşlı oyunçu bu performansı davam etdirmək əzmində olduqlarını söyləyib:

“Qış fasiləsindən sonrakı dönəmə uğurlu başlamaq çox önəmli idi. Biz isə çempionatın ardıcıl iki oyununda qələbə qazandıq.

Bunlar çox vacib məqamdır. Komanda olaraq hər iki görüşə tam köklənmişdik və böyük fədakarlıqla əla oyun göstərdik.

İndi bu nəticələrdən motivasiya kimi istifadə edib inkişafı davam etdirməli və çempionatda toparlanmağa çalışmalıyıq”.

Kunde çempionatda mümkün qədər irəliləmək istədiklərini sözlərinə əlavə edib:

“Komandanın potensialına çox inanırıq. Bilirik ki, daha da irəliləyə bilərik. Ardıcıl iki qələbə düzgün yolda olduğumuzu göstərir”.

"Qəbələ” hazırda 14 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.

Seçilən
22
sportinfo.az

1Mənbələr