AZ

Fransada gözəllik salonuna qumbara atıldı: Yaralananlar var

Fransanın Qrenobl şəhərində yerləşən gözəllik salonunda qumbaranın partlaması nəticəsində altı nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ici" radiostansiyası məlumat yayıb.

Qumbaranı salona bir kişi ora cinayət yoldaşı ilə birlikdə gəldikdən sonra atıb. Partlayışdan sonra onlar hadisə yerindən qaçıblar. Partlayış nəticəsində vitrinin şüşələri qırılıb və xəsarət alan altı nəfər yaralanıb. Yaralılardan biri beş yaşlı uşaqdır.

"Franceinfo" radiosunun Qrenobl prokuroru Etyen Mantoya istinadən verdiyi məlumata görə, istifadə olunan partlayıcı qurğu insanları öldürmək üçün deyil, qorxutmaq məqsədi daşıyıb. Özəl hazırlanmış qumbarada nə güclü partlayıcı maddə, nə də çoxlu metal zədələyici elementlər olub.

Seçilən
32
ikisahil.az

1Mənbələr