AZ

Atam oğul həsrətindən öldü Ağdamlı 90 yaşlı nənənin ürəkdağlayan etirafları

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Ağdam sakini Xavər Nuriyeva olub.

90 yaşlı nənə çətin keçən uşaqlıq və gənclik illərindən söz açıb:

"Atam oğul həsrətindən öldü" - Ağdamlı 90 yaşlı nənənin ürəkdağlayan etirafları

"Çox kasıb bir ailədə anadan olmuşam. Qardaşım İkinci Dünya müharibəsinə yollanandan sonra atam oğul həsrətinə dözə bilmədiyi üçün vəfat etdi. Mən də anamın himayəsində böyüdüm. Yaxşı yeməyimiz, geyimimiz yox idi. Amma gözəl səsim var idi, müəllimim mənə tar çalmağı öyrətmişdi".

Xavər Nuriyeva həmçinin həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb:

"22-23 yaşım olanda ailə qurdum. Yoldaşımı sevərək onunla evləndim. Bəlkə də, qayınanam üçün pis gəlin olmuşam. Mahnı oxumağa gedəndə qayınanam narazılıq etsə də, yoldaşım həmişə məni dəstəkləyirdi. O, çox yaxşı insan idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
oxu.az

2Mənbələr