AZ

İran danışıqlar zamanı ABŞ-ın uranla bağlı tələbini rədd edib

İranın xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ nümayəndələri ilə danışıqlar zamanı Tehranın uranın zənginləşdirilməsini dayandırmaq niyyətində olmadığını bəyan edib. Nazir həmçinin onu başqa bir ölkəyə köçürmək planının olmadığını bildirib.

AzPost bildirir ki, bu barədə “The Wall Street Journal” qəzetinin məlumatında deyilir.

Nəşrin mənbələrinə görə, görüş zamanı heç bir tərəf mövqeyini dəyişməyib. Lakin hər iki tərəf ABŞ-ın İrana mümkün hücumunun qarşısını almaq üçün diplomatik səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər.

Fevralın 6-da Məskatda keçirilən danışıqlardan sonra Əraqçi görüşü “yaxşı başlanğıc” adlandırıb və hər iki ölkənin paytaxtlarında məsləhətləşmələrdən sonra müzakirələrin davam etdiriləcəyini qeyd edib.

Nazir daha əvvəl İran və ABŞ arasında davamlı razılaşmanın bərabər şərtlər və qarşılıqlı hörmət tələb etdiyini vurğulayıb.

AzPost.az

Seçilən
25
azpost.info

1Mənbələr