AZ

Ukrayna ilə bağlı dəhşətə gətirən plan: Hamısı məhv ediləcək

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna tərəfi Rusiyanın ölkənin enerji infrastrukturuna qarşı genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığı və enerji strukturunun məhv ediləcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Insider” nəşri Telegram kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, mümkün hücumlarda əsas hədəflər kritik əhəmiyyətli infrastruktur obyektləri olacaq. Təhdidin bütün ölkəni əhatə etdiyi vurğulanır, lakin əsas risk zonasının Kiyev və onun ətraf əraziləri olduğu qeyd edilir. Nəşrin iddiasına görə, Rusiya paytaxtın enerji təchizatını tam dayandırmağa cəhd göstərə bilər.

Xəbərdə qeyd olunur ki, ehtimal olunan zərbələrdə Tu-95MS, Tu-22M3, Tu-160 strateji bombardmançı təyyarələri, MiQ-31K qırıcıları, eləcə də “Geran” tipli pilotsuz uçuş aparatlarından istifadə oluna bilər.

Bundan əvvəl, fevralın 6-da Rusiya Müdafiə Nazirliyi son bir həftə ərzində Ukrayna ərazisində bir kütləvi və beş qrup hücumunun həyata keçirildiyini açıqlayıb. Nazirliyin məlumatına əsasən, hücumlar Ukraynanın hərbi-sənaye kompleksinə, enerji obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi nəqliyyat infrastrukturuna yönəlib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr