ABŞ Hərbi-Dəniz Qüvvələrinin (HDQ) “Avraam Linkoln” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Ərəbistan dənizinə daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, “Avraam Linkoln” aviadaşıyıcı zərbə qrupu iki təminat gəmisi və ABŞ Sahil Mühafizəsinin iki kateri ilə birlikdə bu gün Ərəbistan dənizində birgə keçid həyata keçirib. CENTCOM həmçinin hərbi təyyarələrin gəmilər üzərindən uçuş etdiyini qeyd edib.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ nümayəndələri ilə Omanda keçirilən danışıqlar zamanı İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya bu prosesi başqa ölkəyə köçürmək niyyətində olmadığını bildirib.
Xədicə BAXIŞLI