7 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək. Müvafiq fərman ölkə prezidenti tərəfindən imzalanıb.
Ermənistanda parlament seçkilərinin tarixi təsdiqlənib. Ölkə prezidenti Vaagn Xaçaturyanın fərmanına əsasən, ölkə vətəndaşlarının səsvermə günü bu ilin 7 iyunu olacaq.
Qeyd edirik ki, dekabr ayında Ermənistan hakimiyyəti parlament seçkilərinin keçirilməsində kömək üçün Aİ-yə müraciət edib. Yerevan seçki proseduru zamanı xarici müdaxiləni istisna etməyə çalışır.