"İndiki gənclərin kitab oxumamaq üçün bəhanələri çoxdur".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı qeyd etdi.
Deputat vurğuladı ki, indiki gənclər demək olar ki, kitab oxumur, mütaliə etmir:
"Bəhanələr çoxdur: vaxtım yoxdur, dərslərim çoxdur, imtahanlarım var və sair. Halbuki gün ərzində etdikləri o qədər lazımsız işlər var ki, onun əvəzinə kitab oxuya bilərlər. Hər zaman belə mövzularda vurğulayıram ki, gənclər zavod açıb bəhanə istehsal edirlər".
Nuriyyə NATİQQIZI