AZ

Rusiya-Ukrayna danışıqlarında “Əbu-Dabi dalanı”

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən son üçtərəfli danışıqlar raundu, artıq beşinci ilinə qədəm qoyan müharibənin sona çatmasında heç bir nəzərəçarpacaq irəliləyiş olmadan başa çatıb.
Editor.az xəbər verir ki, «The New York Times” qəzetinin yazdığına görə, “konstruktiv dialoq” bəyannamələrinə baxmayaraq, yeganə konkret nəticə əsir mübadiləsi ilə bağlı razılaşma olub.

Qeyd edək ki, danışıqlar iki gün davam edib, lakin başa çatdıqdan bir neçə saat sonra irəliləyişin yalnız humanitar razılaşma ilə məhdudlaşdığı məlum olub. Əsas maneələr – işğal olunmuş ərazilərin gələcəyi və Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik zəmanətləri – hələ də həll olunmamış qalır.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr