ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə keçmiş dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel Obamanın meymun (primat) kimi təsvir olunduğu video paylaşıb.Demokrat.az xəbər verir ki, paylaşım Trampın şəxsi sosial media platformasında yerləşdirilib və qısa müddətdə geniş müzakirələrə səbəb olub. Videoda Obamaların üzlərinin primat obrazlarına montaj edildiyi kadrlar yer alıb.Paylaşım ABŞ ictimaiyyətində, eləcə də siyasi dairələrdə kəskin etirazla qarşılanıb. Bir sıra siyasətçilər və hüquq müdafiəçiləri bunu açıq-aşkar irqçi məzmun kimi qiymətləndiriblər.Qalmaqaldan sonra video Trampın hesabından silinib. Lakin məsələ bununla bitməyib, müzakirələr başlayıb.Qeyd edək ki, Donald Tramp əvvəllər də oxşar paylaşımları və sərt ritorikası ilə tənqid hədəfinə çevrilmişdi.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.