Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin sözlərinə görə, Rusiya “Tramp Marşrutu” təşəbbüsü (Zəngəzur Dəhlizi) ətrafındakı hadisələri yaxından izləyir və bu layihədə iştirakını müzakirə etməyə hazırdır.
“Biz, digər məsələlərlə yanaşı, Ermənistan Respublikasında dəmir yolu sektorunun güzəşt əsasında saxlanılması və inkişaf etdirilməsi sahəsində Rusiya ilə Ermənistan arasında çox sıx əməkdaşlığı nəzərə alaraq, bu təşəbbüsə qoşulma ehtimalını müzakirə etməyə hazırıq.”, – Sergey Kopırkin bildirib.
Səfir qeyd edib ki, Rusiyanın bu layihədə mümkün iştirakının təfərrüatları hələ yeni ortaya çıxmağa başlayır və Rusiya onları dəstəkləməyə hazırdır. Bundan əlavə, o, Rusiyanın Bakı ilə İrəvan arasında nəqliyyat əlaqələrinin açılmasında, eləcə də münasibətlərinin normallaşdırılmasında ön sıralarda olduğunu bildirib.
Kopırkin vurğulayıb ki, bütün mümkün nəqliyyat təşəbbüslərinin həyata keçirilməsi regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır.
//Samir Qurbanov, Editor.az