AZ

Tramp Obamalar ailəsinin meymun obrazında yer aldığı videonuSİLDİ

ABŞ Prezidenti Donald Tramp keçmiş ABŞ lideri Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın meymun obrazında təsvir olunduğu videonu paylaşımdan silib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, sözügedən video hazırda Trampın Truth Social sosial şəbəkəsindəki səhifəsində mövcud deyil.

Məlumata görə, paylaşım təxminən 12 saat ərzində açıq olub.

Qeyd edək ki, Tramp fevralın 6-da Truth Social platformasında təxminən bir dəqiqəlik video yayımlamışdı. Videoda ABŞ-də 2020-ci il prezident seçkilərində səslərin guya saxtalaşdırıldığı və bunun keçmiş prezident Co Baydenin xeyrinə edildiyi iddia olunur. Videonun sonunda bir neçə kadrda Barak və Mişel Obama “Şir Kral” cizgi filmində səslənən The Lion Sleeps Tonight mahnısının müşayiəti ilə meymun obrazında göstərilir.

Paylaşım ABŞ-də geniş rezonans doğurub. Trampın siyasi rəqibləri onu irqçilikdə ittiham edərək Respublikaçılar Partiyasını ABŞ prezidentinin bu addımını pisləməyə çağırıblar.

Eyni zamanda, Ağ Ev Trampın Obamalar ailəsi ilə bağlı paylaşımına görə irəli sürülən irqçilik ittihamlarını rədd edib. Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib ki, video internetdə yayılan bir memdən götürülüb və həmin memdə Tramp “cəngəlliklərin şahı”, demokratlar isə “Şir Kral” cizgi filminin personajları kimi təqdim olunur. O, videoya yönələn tənqidləri “saxta qəzəb” adlandırıb.

Xədicə BAXIŞLI

Seçilən
9
redaktor.az

1Mənbələr