AZ

Tramp Barak və Mişel Obamanın meymuna bənzədilən VİDEOSUNU sildi

ABŞ Prezidenti Donald Tramp keçmiş ABŞ Prezidenti Barak Obama və həyat yoldaşı Mişelin meymunlara bənzədilmiş görüntülərini sosial mediadan silib.

Qaziler.az xəbər verir ki, video artıq Ağ Evin “Truth Social” səhifəsində yoxdur.

Video 12 saat ərzində əlçatan olub.

Fevraldın 6-da Tramp “Truth Social”da bir dəqiqəlik video paylaşıb. Videoda 2020-ci il ABŞ prezident seçkilərində keçmiş ABŞ prezidenti Co Baydenin lehinə seçici saxtakarlığı iddia olunub. Videonun sonunda Barak və Mişel Obamanın meymun kimi təsvir olunduğu bir neçə şəkil və "The Lion King"də yer alan "The Lion Sleeps Tonight" mahnısı yer alıb. Paylaşım ABŞ-da geniş müzakirələrə səbəb olub.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr