AZ

Bitkoin və Ethereum 5 faizə qədərBAHALAŞDI

Kapitalizasiyasına görə dünyanın ən böyük iki kriptovalyutası  bitkoin və Ethereum (ETH)  əvvəlki gün qeydə alınan kəskin ucuzlaşmadan sonra 5 faizə qədər artım nümayiş etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə Binance kriptobirjasının məlumatlarında deyilir.

Bitkoinin qiyməti 5,16 faiz artaraq 70 553 dollar səviyyəsinə yüksəlib. Ethereum isə 4,49 faiz bahalaşaraq 2 056 dollara çatıb.

Qeyd edək ki, bir gün əvvəl kriptovalyutaların qiymətində 11 faizə qədər kəskin eniş müşahidə olunmuşdu.

CoinMarketCap portalının məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,39 trilyon dollara çatır. Bu məbləğin 1,409 trilyon dolları və ya 58,6 faizi bitkoinin, 248,354 milyard dolları və ya 10,3 faizi isə Ethereum-un payına düşür.

Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində qlobal kriptobirjalarda 434 mindən çox treyderin mövqeləri ləğv edilib və ümumi itki 1,96 milyard dolları ötüb. Ləğv edilən mövqelərin ən böyük hissəsi bitkoinin payına düşüb — 1,04 milyard dollar. Bu məbləğin 1,38 milyard dolları uzunmüddətli (long), 575,9 milyon dolları isə qısamüddətli (short) mövqelərə aiddir. Son sutka ərzində ən iri ləğvetmə əməliyyatı Binance kriptobirjasında BTC/USDT ticarət cütlüyü üzrə 12,02 milyon dollar məbləğində qeydə alınıb.

Xədicə BAXIŞLI

Seçilən
19
1
redaktor.az

2Mənbələr