AZ

Rekordlar kitabına düşən dünyanın ən böyük ilanı şok etdi FOTO

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziyanın Sulavesi adasında tapılan dişi torlu piton dünyanın ən böyük ilanı olub.

Globalinfo.az xəbər verir ki, bu piton vəhşi şəraitdə yaşayan ilanlar arasında dünyanın ən böyüyü kimi rəsmi şəkildə Ginnesin Rekordlar Kitabına düşüb.

Məlumata görə, “İbu Baron” (Baronessa) adı verilən nəhəng sürünənin uzunluğu 7,22 metrdir. Bu ölçü standart futbol qapısının eninə yaxın hesab olunur. Mütəxəssislərin fikrincə, ilan tam rahat vəziyyətdə (anesteziya altında) ölçülsəydi, uzunluğu təxminən 10 faiz daha artıq ola bilərdi. Lakin etik səbəblərə görə belə ölçmə aparılmayıb. Pitonun çəkisi isə 96,5 kiloqram təşkil edir ki, bu da böyük pandanın çəkisinə bərabərdir.

Nəhəng ilanı Budi Purvanto adlı həvəska yerli sakinlərdən alaraq xilas edib. İndoneziyada iri pitonlar tez-tez mal-qaraya və insanlara təhlükə yaratdıqları üçün öldürülür, eyni zamanda brakonyerlərin hədəfinə çevrilirlər. Torlu pitonlar hazırda yaşayan ilan növləri arasında ən uzun hesab olunur. Mütləq rekord isə ABŞ-da saxlanılan “Meduza” adlı ilana məxsusdur. Onun uzunluğu 7,67 metrə çatıb.

Qeyd edək ki, daha əvvəl Taylandda bir şəxsin evində üç metrlik pitonun hücumuna məruz qalaraq ağır xəsarət aldığı bildirilmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
8
globalinfo.az

10Mənbələr