AZ

İrandan geri addım: nüvə proqramını dayandırmağa razıdır

“New York Times” qəzetinin adı açıqlanmayan üç İran rəsmisinə istinadən verdiyi məlumata görə, “Tehran həmçinin nüvə proqramının uzunmüddətli dayandırılmasını təklif etməyə hazır ola bilər.

Bunun müqabilində  Vaşinqtonun uzunmüddətli sanksiyaları ləğv etməsi gərəkdir”– NYT bildirib. Lakin Tehranın raket proqramı ilə bağlı güzəştə getmək niyyəti yoxdur: ballistik raketlər İsrailin potensial hücumlarına qarşı İranın müdafiəsi rolunu oynayır.

Qeyd etmək lazımdır ki, bu gün Omanda ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ABŞ-İran danışıqları keçirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr