AZ

Bu dayanacaqda saxlamayan avtobus sürücülərinə xəbərdarlıq edilib AYNA dan AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər vətəndaşların ictimai nəqliyyatla bağlı problemləri sosial şəbəkələrdə paylaşmaları hallarına tez-tez rast gəlinir.

Avtosfer.az-ın sosial şəbəkə hesabına daxil olan şikayətdə vətəndaş bildirib ki, 14, 3, 17 nömrəli marşrut xətlərində fəaliyyətdə olan sürücülərin heç biri Bakıxanov küçəsi, körpünün yaxınlığındakı yeni təşkil edilən dayanacaqda saxlamır. Sərnişin qeyd edir ki, hətta avtobusların dayanacaq xəritələrinə məhz həmin məntəqə hələ də əlavə edilməyib. İnşaatçılar prospektinə hərəkət edən avtobuslar yalnız “İzmir parkı dayanacağı”nda saxlayır, bu hissədən isə piyada keçidlərinə doğru uzun məsafə qət etməli olurlar. Ona görə də aidiyyəti qurumlardan məsələnin tezliklə həll edilməsini tələb edirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.-azın sorğusuna cavab olaraq bildirilib ki, Marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaqları təmin edilir. Tərəfimizdən sözügedən ərazidən keçən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb.

Səfər

Oxunub 206

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
avtosfer.az

1Mənbələr