AZ

''Qalatasaray'' iştirak ərizəsində hansı dəyişikliklər etdi?

''Qalatasaray''ın Çempionlar Liqası üçün UEFA-ya verdiyi iştirak ərizəsindəki dəyişikliklər bəlli olub.

Qeyd edək ki, klubların iştirak ərizəsində 3 dəyişiklik etmək haqqı var. Türkiyə çempionu qışda reallaşdırdığı yeni transferlərdən Noa Lanq, Renato Nyaqa və Saşa Boeni iştirak ərizəsinə salıb. Ordan adı çıxarılan isimlərə gəlincə, bunlar Berkan Kutlu, Yusuf Dəmir və Arda Ünyaydı.

İlk iki futbolçu zatən artıq komandadan ayrılıb. Böyük potensialına baxmayaraq şans qazandığı matçlarda yaxşı təsir bağışlamayan, ''Yunion''la ev matçında (0:1) sonradan meydana çıxmasına baxmayaraq qırmızı vərəqə alan gənc müdafiəçi Arda Ünyay isə baş məşqçi Okan Burukun qərarı ilə bu aqibətlə üzləşib. ''Qalatasaray'' digər yeni transferlərdən Yaser Asprilya və Can Armando Güneri iştirak ərizəsinə salmayıb.

Xatırladaq ki, liqa mərhələsini 20-ci pillədə başa vuran Türkiyə çempionu pley-offda ''Yuventus''la qarşılaşacaq. İlk oyun fevralın 17-də İstanbulda keçiriləcək.

Seçilən
26
football-plus.az

1Mənbələr