AZ

Ekspert: “Belə davam etsə, ən böyük zərbə təhsilə dəyəcək” – VİDEO

Təhsil üzrə ekspert Elçin Əfəndiyev müəllimə Şəhla ilə bağlı baş vermiş hadisəyə münasibət bildirib.

Ekspert qeyd edib ki, bu hadisə təkcə bir müəllimə qarşı yönəlmiş insident kimi qiymətləndirilməməlidir, məsələ bütövlükdə Azərbaycan təhsilinə və müəllim nüfuzuna təsir edən ciddi hadisədir.

NOCOMMENT.az xəbər verir ki, Elçin Əfəndiyevin sözlərinə görə, son illərdə müəllimlərin üzləşdiyi təzyiqlər artıb və bu səbəbdən pedaqoqlar şagirdlərlə münasibətdə daha ehtiyatlı davranmağa məcbur qalırlar. Onun fikrincə, baş verən son hadisə müəllimlərin məsuliyyət yükünü daha da artıracaq və onların sərbəst şəkildə tərbiyəvi təsir imkanlarını məhdudlaşdıra bilər.

Ekspert hesab edir ki, müəllimin şagirdə söz demək, onu istiqamətləndirmək imkanlarının azalması tədris prosesinə mənfi təsir göstərə bilər. O vurğulayıb ki, bu cür halların artması şagirdlər arasında məsuliyyət hissinin zəifləməsinə, nizam-intizam problemlərinin yaranmasına gətirib çıxara bilər.

Elçin Əfəndiyev əlavə edib ki, təhsil sistemində müəllim nüfuzunun qorunması və pedaqoqların təhlükəsizliyinin təmin olunması vacib məsələlərdən biridir. Ekspertin fikrincə, əks halda, yaranan vəziyyətdən ən çox zərər görən tərəf Azərbaycan təhsili ola bilər.

Daha ətraflı video materialda:

Seçilən
124
nocomment.az

1Mənbələr