AZ

Tramp Barak və Mişel Obamanı meymun kimi göstərən video paylaşıb » AzadMedia.az

Tramp

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Barak Obama və onun həyat yoldaşı Mişel Obamanı meymun obrazında təqdim edən video paylaşıb.

Təxminən bir dəqiqəlik video Tramp tərəfindən ona məxsus “Truth Social” platformasında yayımlanıb. Videoda 2020-ci il ABŞ prezident seçkilərində saxtakarlıq iddiaları irəli sürülür.

Videonun son saniyələrində Barak və Mişel Obama meymun kimi təsvir olunur, fon musiqisi kimi isə “Kral Şir” animasiya filmindən məşhur “The Lion Sleeps Tonight” mahnısı səsləndirilir.

Demokratlar Partiyası Trampın bu paylaşımını kəskin tənqid edib və onu təhqiramiz və yolverilməz adlandırıb.

Seçilən
79
34
azadmedia.az

10Mənbələr