AZ

Tehran raketlərinin şəkillərini yayımladı, ABŞ isə təyyarədaşıyan gəmisinin fotosunu paylaşdı

İran İnqilab Keşikçiləri Korpusu bölgədəki gərginliyin artdığı bir vaxtda ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolnu hədəf alan bir şəkil paylaşdı.

Turkustan.az xəbər verir ki, yazıda ABŞ hərbi qüvvələrinin İrana yaxın ərazilərdə cəmləşməsi vurğulanırdı.

Şəkildə ABŞ prezidenti Donald Trampın son açıqlamalarında tez-tez xatırlanan USS Abraham Linkolnun fırtınalı, qan qırmızı dənizdə hədəfə alındığı səhnə təsvir olunub. Təyyarə gəmisi ildırım vurması nəticəsində, ABŞ döyüş təyyarələri isə dənizdə qəzaya uğrayaraq batmış kimi təsvir olunub. Şəkildə suya ilişib qalmış qılınc fiqurları da diqqət çəkən elementlərdir.

Paylaşımda həmçinin "Allahdan kömək və yaxın bir qələbə" kimi oxunan "Əs-Səff" surəsinin 13-cü ayəsi də yer almışdı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr