AZ

Xəbərdarlıq: Paşinyanın bu addımı cəmiyyəti parçalayacaq, hökuməti isə...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanda baş nazir Nikol Paşinyanın abortların tam qadağan olunması ilə bağlı təşəbbüsü siyasi gərginliyi artırıb.

Globalinfo.az xəbər verir ki, hökumət reproduktiv sağlamlıqla bağlı qanuna dəyişiklik edərək süni hamiləliklərin hamısını cinayət saymağı planlaşdırır.

Rəsmi məqsəd ölkədəki demoqrafik böhranı aradan qaldırmaq olsa da, analitiklər bunu 2026-cı il parlament seçkiləri ərəfəsində konservativ elektoratın dəstəyini qazanmağa yönəlmiş populist addım kimi qiymətləndirirlər.

Hazırda Ermənistanda abortlar 12-ci həftəyədək sərbəstdir, müəyyən hallarda isə 22-ci həftəyədək icazə verilir. Yeni layihə bu imkanları ləğv edir. Müxalifət və hüquq müdafiəçiləri təşəbbüsə kəskin etiraz edir, kilsə dairələrinin isə dəstək göstərəcəyi bildirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu radikal addım cəmiyyətdə parçalanmanı dərinləşdirə və hökumətə inamı zəiflədə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr