AZ

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALARVİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib.

Xezerxeber.az xəbər verir ki, iddiaya görə o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib.

Hadisədən sora tədris ocağında dərslər dayandırılıb, şagirdlər evə buraxılıb. Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Kamera qarşısında müsahibə verməkdən  immtina edən digər şagirdlərin valideynləri isə müəllimi güllələyən şagirdlə  bağlı ilginc iddia ilə çıxış ediblər.

Onlar deyiblər  ki, həmin şagirdin davranış problemləri olub. Həmçinin, mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
36
9
xezerxeber.az

10Mənbələr