ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sürücülük vəsiqəsini və avtomobili yeni alan sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, Kağıthane rayonunda 31 yaşlı şəxs idarə etdiyi 09-ABG-398 nömrə nişanlı “Volkswagen” markalı minik avtomobili ilə yoxuşda əyləc əvəzinə qaz pedalına sıxıb və idarəetmədən çıxan nəqliyyat vasitəsi küçənin sonundakı anbara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə və anbara ciddi ziyan dəyib.
Hadisə yerinə gələn polis əməkdaşları apardıqları sorğu-sual zamanı sürücü Sinan G.-nin sürücülük vəsiqəsini və avtomobili təxminən üç ay əvvəl aldığı məlum olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 40
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.