AZ

Moskvada Azərbaycana qarşı “artsax” təxribatı – Bakıdan REAKSİYA

Xəbər verdiyimiz kimi, fevralın 7-də Moskvada “Art Artsakh Studio”nun təqdimatında Azərbaycanın ayrılmaz hissəsi olan Şuşa haqda erməni “kinorejissor”ların çəkdikləri “Şuşi: təkzibolunmaz faktlar” adlı “sənədli filminin” təqdimatı olacaq. Bu barədə Rusiya ermənilərinin media resurslarında məlumat yayılıb.

Gevork Ter-Qazaryanın rejissoru olduğu “sənədli filmin” uydurma “artsax”ın “müstəqilliyi uğrunda həlak olanlara” həsr olunduğu bildirilir. Təqdimat haqda yazılarda ənənəvi yalanlar tirajlanıb. Erməni həyasızlığı və yalanı haqda “sənədli film” nə az, nə çox – 3 saat 11 dəqiqədir.

Erməni yalanın ssenari müəllifləri Arsen Melik-Şahnazarova və Gevork Ter-Qazaryandır. Hətta qondarma “elmi məsləhətçi” də var: tarix elmləri doktoru, professor Valeri Avanesyan…

İnternet üzərindən apardığımız qısa araşdırmaya görə, dəvətdə göstərilən ünvan Moskvanın mərkəzində Olimpiya prospekti 9 ünvandakı “TAPAN” Erməni Muzeyidir. Erməni Apostol Kilsəsinin Rus və Yeni Naxçıvan Yeparxiyasına aid muzeyi əslində illərdir həm də anti-Azərbaycan platforma kimi fəaliyyət göstərir. Muzeyin məqsədi “beynəlxalq və dostluq münasibətlərini gücləndirmək və millətindən, dilindən və dinindən asılı olmayaraq insanları birləşdirmək” olsa da, Eçmiədzinə bağlı kəşfiyyat platformasıdır. Rusiyanın müvafiq orqanları illərdir muzey çətiri altında fəaliyyət göstərən bu təxribat yuvasının hansı işlərlə məşğul olduğunu yəqin ki, bilir.

Azərbaycanın qədim şəhəri haqda şər-böhtanlarla dolu “sənədli filmin” nümayişinə Rusiyadan kimlərin iştirakı maraq doğurur.

Bəs erməni yalan haqda bunca filmlər çəkdiyi halda, biz öz gerçəyimizi bədii üsullarla təbliğ edə bilirikmi?

Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, kino aktyoru və rejissoru Elxan Cəfərov Musavat.com-a danışıb.

Elxan

Onun sözlərinə görə, Azərbaycanda kino sahəsində bu istiqamətdə işlər kifayət qədər görülür:

“Lakin nəzərə almalıyıq ki, Moskvada və ümumilikdə Rusiyada ermənilərin tutduğu mövqelər, xüsusilə media strukturlarındakı yerləri onların təbliğat imkanlarını bizimkindən daha geniş edir. Onların bu işi daha aktiv şəkildə aparmaq imkanları var. Bizim imkanlarımız isə Rusiya ərazisində, təbii ki, onlarla müqayisədə daha məhduddur. Çünki bir çox media strukturlarında ermənilər çalışırlar və bacardıqları qədər, hətta filmin keyfiyyətindən asılı olmayaraq, tanışlıq, dostluq münasibətləri və müxtəlif vasitələrlə bu cür fəaliyyətləri həyata keçirirlər. Biz isə daha peşəkar, daha sistemli iş görmək istəyirik. Bu gün Moskva dünya demək deyil. Moskva dünyanın sadəcə bir hissəsidir. Rus mədəniyyətinin, onun təbliğatının aparıldığı zonalardan biridir. Amma dünyanın başqa nöqtələri də var və həmin məkanlarda da işlər görülür. Mən düşünürəm ki, bu istiqamətdə proses davam edir”.

Elxan Cəfərov vurğulayıb ki, Azərbaycan rejissorlarının həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə bağlı çəkdiyi filmlər dünyanın müxtəlif ölkələrində nümayiş olunur:

“Bu, görülən işin göstəricisidir. Sadəcə, nəzərə almaq lazımdır ki, ermənilər Rusiya media strukturlarında daha aktiv mövqedədirlər və bu münasibətlər onlara əlavə imkanlar yaradır. Qarşıya qoyulan məqsədlər hər zaman daha geniş, daha perspektivli olmalıdır. Amma bu o demək deyil ki, bizim kino sistemində bu təbliğat aparılmır.

Həm sənədli, həm də bədii filmlər çəkilir. Sadəcə, qeyd etdiyim kimi, biz çalışırıq ki, gördüyümüz iş daha yüksək keyfiyyətli olsun ki, onu dünyaya daha rahat və inandırıcı şəkildə təqdim edə bilək. Bizim ermənilər kimi müxtəlif qurumlarla sırtıq münasibətimiz yoxdur. Biz ağır təbiətli, mədəniyyətli, türk xalqıyıq. Eyni zamanda, müharibəni uduzmuş tərəfin nümayəndələri kimi ermənilər hələ bundan sonra da bir neçə il ərzində imkan daxilində bu mövzuda daha emosional, daha aqressiv formada çıxış edəcək, hay-küy salacaqlar. Amma haqq bizim tərəfimizdədir və biz də öz həqiqətlərimizi imkanlarımız daxilində dünyaya çatdırmaq üçün çalışırıq”.

Seçilən
21
editor.az

1Mənbələr