AZ

Astronavtların “iPhone”dan istifadəsinə icazə veriləcək

Bakı. Trend:

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin(NASA) gələcək Ay və orbital missiyaları üçün ekipajlara agentliyintarixində ilk dəfə uçuşları sənədləşdirmək məqsədilə Apple iPhonesmartfonları veriləcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Biz ekipajlarımıza ailələri üçün xüsusi anları qeyd etməyəimkan verəcək alətlər təqdim edəcəyik və ilhamverici şəkilləri vəvideoları bütün dünya ilə paylaşa biləcəklər. Biz illərlə davamedən proseslərə meydan oxuduq və qısa müddət ərzində kosmik uçuşlarüçün müasir avadanlıqlar hazırladıq”, – NASA-nın rəhbəri CaredAyzekman X sosial şəbəkəsində yazıb.

Kosmosda kütləvi kommersiya məhsullarının istifadəsi NASA üçünnadir hadisədir, çünki adətən bu, cihazın uzun müddətli sınağınıtələb edir.

Məqalədə:
Seçilən
21
2
az.trend.az

3Mənbələr