AZ

Ombudsmandan "İdrak" liseyində baş verən insidentlə bağlı çağırış

Bakı. Trend:

Media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsivə məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ombudsman Aparatındanməlumat verilib.

Bildirilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına vədigər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquqpozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur:

"Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onlarındavranışlarına, o cümlədən onların rəqəmsal platformalardanistifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdəcəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımındanxüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dairmüraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyunvə interaktiv platformaların, xüsusilə “Roblox” platformasınınyaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlarverilmiş, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsaltəhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalarüzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqiqiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyatakeçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub:

"Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərində rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə,sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görəməsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki,valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarlaetibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər biryerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.
Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlıməlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməledilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaqhüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətindüzgün məlumatlandırılması zəruridir.

Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması hallarıilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıqmüraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əksetdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zamanuşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlıməlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələritövsiyə olunub.

06 fevral 2026-cı il tarixində “İdrak” liseyində baş vermişinsidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdənmüsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüfdoğurur.

Bir daha media nümayəndələrinə “Media haqqında” AzərbaycanRespublikasının Qanununun, “Uşaq hüquqları haqqında” AzərbaycanRespublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin EtikDavranış Qaydaları”nın və digər hüquqi aktların tələblərinixatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyədəvət edirik.

Qeyd edək ki, belə hallarla bağlı Ombudsman tərəfindən aidiyyətiqurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təminedilir.

Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdətəhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlətorqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə,valideynləri daha məsuliyyətli davranmağa, media subyektləriniuşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyintələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvətedirik".

Məqalədə:
Seçilən
34
2
az.trend.az

10Mənbələr