AZ

Rusiyaya qarşı ağır sanksiyalar Nələr daxildir?

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa Komissiyası Rusiyaya qarşı yeni, 20-ci sanksiyalar paketini təqdim edib. Bu paketin əsas elementi Rusiya neftinin daşınmasına xidmətlərin tam qadağan edilməsi olacaq. Avropa Komissiyası bunu G7 üzrə tərəfdaşlarla koordinasiya şəklində həyata keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti AK sədri Ursula fon der Leyenin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər paketi aşağıdakıları əhatə edəcək:

- Rusiya neftinin daşınmasına göstərilən xidmətlərə tam qadağa;

- Rusiya neftini daşıyan 43 tankerə sanksiya;

- 20 regional Rusiya bankına qarşı məhdudiyyətlər və yeni tranzaksiya qadağaları;

- İllik həcmi 360 milyon avro olan malların ixracına qadağa — rezindən traktorlara qədər;

- Rusiyadan metalların, mineralların və nadir torpaq elementlərinin alınmasına illik 570 milyon avro həcmində qadağa;

- Texnikanın Rusiyaya yenidən ixracında şübhəli bilinən ölkələrə kompüter və radioelektron avadanlıqların ixracına məhdudiyyətlər.

Avropa Komissiyası bəyan edib ki, yeni sanksiyalar paketini 24 fevral tarixinədək qəbul etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
axar.az

1Mənbələr