Ağcabədi rayonunun Aşağı Avşar kəndində iki gün öncə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb.
KONKRET.az xəbər verir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, azyaşlının vəziyyəti ağır olaraq qalır.
Qeyd olunub ki, pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.