AZ

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tərtərdə yanvarın 9-da dəm qazından zəhərlənən qadın ölüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Famil Qulami küçəsindəki evlərin birində qeydə alınıb.

53 yaşlı Əzimov Müşviq Əsəd oğlu və anası 71 yaşlı Əzimova Sahibə Salman qızı yaşadıqları evdə sobadan sızan dəm qazından zəhərləniblər. Nəticədə Müşviq Əzimov ölüb, anası isə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, S. Əzimovanın da həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
lent.az

2Mənbələr