Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsində ard-arda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 2-də saat 17:10 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, yol kənarından hərəkətə başlayan 77-DY-948 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü önündən keçən piyadaya məhəl qoymadan irəliləyib. Piyada isə son anda təhlükəni görərək kənara çəkilib.
Bununla kifayətlənməyən sürücü daha sonra yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə əhəmiyyət vermədən yola çıxıb.
Nəticədə o, bu dəfə də görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Nərmin
Oxunub 20
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.