AZ

Rusiya səfiri XİN-ə dəvət edildi, Zatulinə qarşı tədbir tələb olundu

Bakı. Trend:

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri MixailYevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində RusiyaFederasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələlərivə həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini,hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulininölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunmasıilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiyatərəfinə müvafiq nota təqdim edilib.

K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasınınsuverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi,separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə ErmənistanınAzərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdətəqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikasıvətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhdgöstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətləpislənib.

Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə dəAzərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışanZatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçünmüvafiq tədbirlər görməyə çağırılıb.

Məqalədə:
Seçilən
42
44
az.trend.az

10Mənbələr