AZ

8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ Ommandakı tarixi görüşdən ilk açıqlama

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün ABŞ və İran arasında 8 ay sonra Omanın paytaxtı Maskatda ilk görüş olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranı danışıqlara İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff  təmsil edib.

Dünyanın diqqətlə izlədiyi bu görüşdən sonra İran və ABŞ nümayəndə heyətləri Omanın xarici işlər naziri Bədr bin Həmid Əl-Busaidi ilə ayrıca görüş keçiriblər.

Omanın vasitəçiliyi ilə keçirilən təmaslar çərçivəsində tərəflərin görüşü Bakı vaxtı ilə saat 12:00 radələrində başlayab. Qapalı keçən görüş təxminən  saat sürüb: "Danışıqlarda İran tərəfindən xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi, xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Həmid Kanbari və Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də iştirak edib. ABŞ tərəfindən Vitkoffla yanaşı, Prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner də olub".

İran dövlət televiziyasına görüşdən sonra qısa açıqlama verənXarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, danışıqlar hələlik başa çatıb və hər iki ölkənin nümayəndə heyətlərinin vətənə məsləhətləşmələr üçün qayıtması gözlənilir.

Firudun Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
mia.az

1Mənbələr