AZ

Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib - Fərman

Bakı. Trend:

Azərbaycanda strateji investisiya layihələri üzrə investisiyatəşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən investisiya təşviqi sənədinin verilməsi üçünminimal investisiya məbləği artırılıb. Yeni qaydaya görə,investisiya təşviqi sənədi ən azı 3 milyon manat investisiyaqoyuluşu olan layihələrə verilir. Sənaye məhəllərində fəaliyyətgöstərən rezidentlər üçün isə bu limit 1 milyon manat olaraqmüəyyən edilib.

Fərmanla həmçinin strateji investisiya layihələrinə dair yenimüddət tənzimlənib. Strateji layihə təqdim edən şirkətlər və fərdisahibkarlar investisiya təşviqi sənədini 2023-cü il yanvarın 1-dənetibarən 6 illik müddətə ala biləcəklər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandanirəli gələn məsələləri həll etməlidir.

Seçilən
55
2
az.trend.az

3Mənbələr