AZ

Gürcüstanda 39 nəfər həbs edilib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Onlar qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaqda ittiham olunurlar

Son iki gündə ölkə daxilində 31 qanunsuz odlu silah, sursat və çoxlu miqdarda müxtəlif narkotik maddə müsadirə edilib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze mətbuat konfransında deyib. Bildirib ki, 39 nəfər saxlanılıb.

“Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkarlığa qarşı mübarizəni gecə-gündüz davam etdirir, müvafiq polis tədbirlərini, o cümlədən profilaktik tədbirləri həyata keçirirlər. Bu tədbirlər hüquq-mühafizə orqanları tərəfindən Tiflisdə və bütün Gürcüstanda məhkəmə qərarları əsasında həyata keçirilib. Saxlanılanların şəxsi əşyalarında, evlərində, yardımçı otaqlarında və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı polis çoxlu sayda odlu silah və avtomatik silah, əl qumbaraları, maqazinlər və yüzlərlə patronu sübut kimi müsadirə edib”.

“Həmçinin çoxlu sayda müxtəlif narkotik maddə də müsadirə edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin yeddi ilə qədər həbs cəzası nəzərdə tutan 236, 260 və 273-cü maddələri ilə aparılır. Həmçinin ictimaiyyətə xatırlatmaq istərdik ki, ötən ilin statistikasına görə, qeydə alınmış cinayətlərin açılma nisbəti görünməmiş yüksək həddə - 70%-ə çatıb. Həyat və sağlamlığa qarşı törədilən cinayətlərin sayının azalması xüsusilə diqqətəlayiqdir. Bu statistika Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən effektiv polis və profilaktik tədbirlərin nəticəsidir”, - deyə Daraxvelidze bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
ayna.az

1Mənbələr