AZ

Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Seçilən
69
apa.az

1Mənbələr