AZ

Elçin Bəkirov Dubay marafonunda uğurlu çıxış edib

Dubay marafonunda azərbaycanlı atlet Elçin Bəkirov uğurlu çıxışla yadda qalıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 39 yaşlı idmançı 42 km 195 metr məsafəni 2 saat 46 dəqiqə 54 saniyəyə qaçaraq yarışı Veteranlar kateqoriyasında 9-cu, ümumi sıralamada isə 56-cı pillədə başa vurub.

Qeyd edək ki, yarış 1 fevral tarixində keçirilib.

İdman.Biz
Seçilən
20
1
idman.biz

2Mənbələr