AZ

Proyektorlu smartfon təqdim edilib  

Smartfon bazarına innovativ cihaz təqdim olunub. “8849 TANK X” adlı modelin yeniliyi onun daxilində yerləşdirilmiş DLP texnologiyalı proyeksiya sistemidir. Bu xüsusiyyətlə “TANK X” dünya üzrə bu cür texnologiyanı özündə birləşdirən ilk smartfon kimi tarixə düşür.

Smartfon 220 lümen parlaqlığa malik, Full HD (1080p) keyfiyyətində görüntü ötürə bilən daxili proyektorla təchiz olunub. Bu imkan sayəsində istifadəçilər əlavə qurğulara ehtiyac duymadan təqdimatlar keçə, eləcə də açıq məkanda film və videolara baxa bilirlər. Modelin digər üstün cəhətlərindən biri 17,600 mAh tutumlu güclü batareyasıdır. Bu, uzunmüddətli istifadəni təmin etməklə yanaşı, 120 Vt sürətli şarj texnologiyası vasitəsilə cəmi 70 dəqiqəyə tam doldurula bilir.

Performans baxımından cihaz MediaTek Dimensity 8200 prosessoru ilə təchiz edilib. IP68 və IP69K sertifikatları isə telefonu suya, toza və sərt fiziki təsirlərə qarşı yüksək səviyyədə qoruyur. Bundan əlavə, “TANK X” 64 MP gecə görmə kamerası, eləcə də güclü düşərgə və fövqəladə hallar üçün nəzərdə tutulmuş işıqlandırma sistemi ilə təmin olunub. Bu xüsusiyyətlər cihazı həm macəra həvəskarları, həm də sənaye və çöl şəraitində çalışanlar üçün ideal seçimə çevirir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr