AZ

Sülhə, humanizmə və qarşılıqlı anlaşmaya əsaslanan siyasət  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın qlobal sülhə, humanizmə və qarşılıqlı anlaşmaya əsaslanan dövlət siyasətinin mahiyyətini bir daha açıq şəkildə nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında xüsusilə vurğuladı ki, multikulturalizm, dinlərarası dialoq və sivilizasiyalararası əməkdaşlıq Azərbaycan üçün ardıcıl şəkildə həyata keçirilən real siyasi xəttdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev regionda yaranmış yeni siyasi və təhlükəsizlik reallıqlarına toxunaraq bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında uzun illər davam etmiş qarşıdurmadan sonra sülhə doğru keçid məhz güclü siyasi iradənin və prinsipial mövqenin nəticəsidir. Dövlətimizin başçısının çıxışında diqqətə çatdırıldığı kimi, sülh prosesi konkret və praktik addımlarla, nəqliyyat əlaqələrinin bərpası, iqtisadi və ticarət münasibətlərinin genişləndirilməsi, regional əməkdaşlığın təşviqi ilə möhkəmləndirilməlidir.

Möhtərəm Prezidentimiz çıxışında eyni zamanda vurğuladı ki, etimad mühitinin formalaşdırılması dayanıqlı sülhün əsas şərtidir və bu prosesdə beynəlxalq ictimaiyyətin ədalətli və prinsipial mövqeyi mühüm rol oynayır. Azərbaycan bu gün regionda qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelini təşviq edir.

Cənab Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi bu fikirlər bir daha göstərir ki, Azərbaycan uzunmüddətli münaqişədən çıxmış bir ölkə kimi sülhün nə qədər çətin, lakin mümkün olduğunu real təcrübə ilə sübut edir və öz nümunəsi ilə bölgədə və daha geniş coğrafiyada barış və əməkdaşlıq ideyalarına töhfə verir.

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Seçilən
20
1
azerbaijan-news.az

2Mənbələr