TOVUZ, 6 fevral. TELEQRAF
Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Qovlar kəndində 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və aldığı xəsarətlərdən vəfat edib.
Alov evin bir hissəsinə də keçib, amma tikili tam yanmayıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.