AZ

Ukraynada etirazla qarşılanan 14 yaşda evlənmək icazəsi qanun layihəsindən çıxarıldı

Bakı. Trend:

Ukraynada təklif edilən və bir neçə gün əvvəl müzakirəyəçıxarılan, 14 yaşdan etibarən nikaha icazə verilməsini nəzərdətutan norma “Nikah hüququ” adlı Mülki Məcəllə maddəsinə dair qanunlayihəsindən çıxarılacaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə qanun layihəsinintəşəbbüskarlarından biri olan Ali Radanın spikeri Ruslan Stefançuksosial şəbəkə hesablarında paylaşım edib.

Parlament spikeri qeyd edib ki, sosial şəbəkələrdə qanunlayihəsinin maddələrindən birinin guya nikah yaşının 14-əendirilməsi ilə bağlı olduğu barədə tənqidlər yayılır.

O vurğulayıb ki, qanun layihəsi nikah yaşının azaldılmasınıdeyil, 14 yaşına çatmış şəxsin hamilə qalması və ya uşağınındoğulması halında nikahın yalnız məhkəmə qərarı ilə mümkün olmasınınəzərdə tutur.

Onun sözlərinə görə, bu norma erkən nikaha təşviq etmir, sadəcəyeni doğulmuş uşağın atalı-analı ailədə böyüməsi üçün imkanyaratmağa yönəlib.

“Bununla belə, işçi qrup görür ki, cəmiyyət bu normanı birmənalıqarşılamır. Buna görə də biz müzakirələrin yekununa əsasən qərarqəbul etdik... Layihədə belə bir norma olmayacaq”, – Stefançukbildirib.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr