AZ

Liseydə boynundan güllələnən direktor müavini əməliyyat olundu YENİLƏNİB

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Kliniki Tibbi Mərkəzdən "Unikal"a bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

***

11:11

Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

*** 11:05

Xəbər verdiyimiz kimi,  "İdrak" liseyində şagird müəllimini güllələyib.

"Unikal"ın əldə etdiyi məlumata görə, xəsarət alan qadın riyaziyyat müəllimi  Ş.K  Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

**** 10:49

Güllə müəllimənin boyun nahiyəsinə dəyib.

"Unikal" xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Ş.K "İdrak" liseyinin direktor müavini olub. 

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
unikal.az

10Mənbələr