21 və 22 fevralda, ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy keçiriləcək.
İdman.Biz-ə Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, gimnastlar fərdi və sinxron növlərdə mübarizə aparacaqlar.
Bildirilir ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy”də iştirak edəcək ölkələr müəyyənləşib. Yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar (Rusiya və Belarus) mübarizə aparacaqlar.