AZ

Məşhur türk aktrisa vəfat etdi

"Yeşilçam"ın məşhur aktrisalarından olan Nevin Efe vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, aktrisa 78 yaşında dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən və ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkən aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nevin Efe son olaraq “Yankı” serialında rol alıb.

Nevin "Berivan", "En son babalar duyar", "Mihriban", "Sırlar dünyası", "Kampüsistan", "Patron kim", "Tuzak", "Beşinci boyut", "Küçük hanımefendi", "Yalnız kalpler", "Doktorlar", "Yer Gök Aşk", "Büyük yalan", "Kurtlar Vadisi Pusu" kimi seriallarda və "İncir reçeli", "Kanlı Postal", "Siccin 3: Cürmü Aşk", "Cin çeşmesi", "Alacakaranlık", "Mühr‑ü Musallat 2: Yasak düğün" kimi filmlərdə rol alıb.

"Cebheinfo.az"

Seçilən
37
2
cebheinfo.az

3Mənbələr